Azərbaycan Yazıçılar Birliyinin 75 illik yübileyi qeyd olunacaq

Yübiley tədbirlərində Prezident İlham Əliyevin də iştirakı gözlənilir
Dekabrın 14-16-da Azərbaycan Yazıçılar Birliyi (AYB) və onun ədəbi orqanı olan “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyi qeyd olunacaq. AYB-dan SİA-ya verilən məlaumata əsasən, tədbirlərə xalq yazıçısı, AYB Sədri Anarın dekabrın 14-də keçirəcəyi mətbuat konfransı ilə start veriləcək.

Yübiley çərçivəsində Gənc Tamaşaçılar Teatrında böyük tədbir, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq şeir gecəsi, “Park İnn” hotelində Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunan konfrans, birliyin binasında təntənəli iclas keçiriləcək. Yubiley tədbirləri dövründə Bakıda üçüncü “Sərhədsiz söz” forumu da düzənlənəcək.

Yubiley ərəfəsində Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Macarıstan, Türkmənistan, Estoniya, Rumıniya, Gürcüstan, İsrail, Yaponiya, Polşa, Böyük Britaniya, Serbiya, Fransa, Almaniya, İspaniya və digər ölkələrdən 88 nümayəndənin iştirakı gözlənir.

Qeyd edək ki, yubiley tədbirlərinə prezident İlham Əliyevin də dəvət olunacağı gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO