“Azərbaycan ” qəzeti Ramiz Mehdiyevin məqaləsini və ona reaksiyaları kitab şəklində çap etdirib

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi və ona verilmiş rəylər kitab şəklində nəşr olunub. Kitabı “Azərbaycan” qəzeti nəşr etdirib.

“Oskar” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda işıq üzü görən “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabının redaktoru Prezident Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

AzərTAc xəbər verir ki, iki fəsildən ibarət kitabın giriş hissəsində Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi, habelə “Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir” sərlövhəli müsahibəsi yerləşdirilib. Kitabın I və II fəsillərində sözügedən məqalənin müzakirəsi ilə bağlı keçirilmiş dəyirmi masalar, habelə müəllif yazıları əksini tapıb.

Kitab mərhum prezident Heydər Əliyevin xatirəsinə ithaf olunub.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO