Azərbaycan İndoneziyada təşkil olunan kitab sərgisində

Azərbaycan İndoneziyada təşkil olunan kitab sərgisindəOktyabrın 18-dən 20-dək İndoneziyanın Milli Kitabxanasında kitab sərgisi keçirilir. Azərbaycanda sözügedən sərgidə təmsil olunur. Bu barədə Azərbaycanın İndoneziya və eyni zamanda, Filippindəki səfirliyindən məlumat verilib. Sərgidə Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərindən, Heydər Əliyev Fondundan göndərilmiş kitablar, Azərbaycanın milli geyim, tətbiqi sənət nümunələri, açıqçalar, səfirliyin Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşr etdirdiyi kitablar, DVD-lər, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar poçt markaları nümayiş etdirilir, onların bir qismi tədbirə gələnlər arasında yayılıb. İndoneziya Milli Kitabxanasının sədri Sri Sularsih sərgidə iştirakına görə səfirliyə minnətdarlığını bildirib, Azərbaycanın geniş tanıdılması məqsədi ilə belə tədbirlərin əhəmiyyətini qeyd edib. Xatırladaq ki, sərgidə diplomatik nümayəndəliklər, müxtəlif təhsil və tədris mərkəzləri, kitabxanalar, nəşriyyatlar iştirak edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO