“Azərbaycan İncəsənəti ” ensiklopediyası

Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində “Azərbaycan İncəsənəti” ensiklopediyasının təqdimatı reallaşacaq.
Kitab Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimizi öyrənək” layihəsi çərçivəsində çap olunub. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Materiallar əsasən incəsənətin rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət və memarlıq sahələrini əhatə edir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Qeyd edək ki, kitabın Bakıda və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanması nəzərdə tutulub. “Azərbaybaycan İncəsənəti” ensiklopediyasının tərtibçiləri Azərbaycanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO