Azərbaycan Media Mərkəzi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ilə birləşir

Azərbaycan Media Mərkəzi (AMM) yerli media təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ilə birləşir.

Media Mərkəzindən SalamNews-a verilən məlumata görə, gələn ilin yanvarından etibarən, Azərbaycan Media Mərkəzi RATİ-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, RATİ vasitəsilə media və vətəndaş cəmiyyəti üçün məkan və xidmətlər təmin edəcək.

2008-ci ilin oktyabrında yaradılmasından etibarən, Azərbaycan Media Mərkəzi (AMM) 600-dən yuxarı tədbirə ev sahibliyi etmiş, sosial mövzular və mətbuat azadlığı üzrə 40 debat və 30 ictimai müzakirə təşkil edib. Mərkəz ümumilikdə təqribən 15 min nəfərə tərəfindən ziyarət edilib.

İMS hesab edir ki, Azərbaycanda fəaliyyətini yenidən qurmağın vaxtı çatıb. Mərkəzin sonda yerli Azərbaycan mediasının mülkiyyətinə keçməsini nəzərdə tutan əsas plana uyğun olaraq, AMM hazırkı ünvanını boşaldacaq və nisbətən gənc, lakin sürətlə böyüməkdə olan media təşkilatı – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ilə birləşəcəkdir. Cəmi bir neçə il ərzində RAT-i medianın qorunması ilə məşğul olan bir QHT-dən Azərbaycanda azad medianın inkişafına ədalətli yanaşması olan sağlam düşüncəli və aktiv təşkilata çevirlib.

Bu birləşmə Azərbaycan mediası və vətəndaş cəmiyyəti üçün göstərilə bilən xidmətlərin miqyasını genişləndirməklə yanaşı, ölkədə azad və müstəqil mətbuatın inkişaf etdirilməsi üçün əlavə töhfələr verəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO