Azərbaycan mass-mediası: beş acı həqiqət və bir ümid

Ona görə də, qəzetlərin sayı, televiziya kanallarının (hamı TV kanallarının kimə məxsus olduğunu bilir, lakin özlərini elə aparırlar ki, guya bilmirlər) və ya radiostansiyaların açılması və bağlanması statistikasının heç bir əhəmiyyəti yoxdur. Rəqəmlər, eləcə rəqəm kimi qalır, lakin reallıq başqa cürdür. Yalnız bir misal: yaxınlarda (2003-cü ilin axırında) Milli Məclis (Azərbaycan parlamenti) Avropa Şurasının təzyiqi altında İctimai televiziya haqqında Qanun qəbul etdi. Qanunda, başqaları ilə yanaşı deyilir ki, «rəsmi informasiya ləngidilmədən və bütov verilməlidir». Milli Məclisə çıxarılan və jurnalistlərə hakim dairələrdən ləngimədən informasiya almaqda yardımçı olacaq «İnformasiya azadlığı haqqında» Qanunu da buna əlavə etmək olar. Lakin… elə İctimai televiziya haqqında bu qanuna əsasən İctimai televiziyanın İdarə Şurasının üzvlərini icra hakimiyyətinin müvafiq orqanının yaratdığı Müsabiqə komissiyası müəyyən edirdi. Dairə qapandı: «ictimai» «siyasi hakimiyyətdən asılıya» çevrildi; əslində «ictimai» əvvəl olmadığı kimi, indi də yoxdur.
Üçüncü acı həqiqət: özünüidarənin məhdud imkanları.
Etiraf etmək lazım gəlir ki, bu gün Azərbaycanda, baş verən hadisələr haqqında tam və tarazlaşdırılmış informasiya verən, heç kimin ruporu olmayan və ictimaiyyətə, bu və ya dicər hadisələri qiymətləndirmək imkanı verən bir mətbu və ya elektron nəşr yoxdur. Elə bir media orqanı yoxdur ki, orada birbaşa və gizli siyasi təzyiqin müxtəlif formaları elə neytrallaşdırılsın ki, bu orqan «ictimai nəzarət» funksiyasını yerinə yetirə bilsin.
Bu yaxınlarda yaradılmış Mətbuat üzrə ictimai Şuranın fəaliyyəti, həm də ona görə nəticəsiz qalır ki, Azərbaycanda nəşr olunan müxtəlif profilli qəzet və jurnalların çoxu siyasi hakimiyyətdən tam asılıdırlar. Əgər qəzet və jurnallar büdcədən maliyyələşirsə və dövlət təşkilatlarının onlara abunəsi mütləqdirsə, Azərbaycan ictimaiyyəti onlara necə təsir edə bilər? Müxalifət siyasi partiyalarının orqanlarına gəldikdə isə onlar, müvafiq siyasi qüvvələr tərəfindən yaradılmışlar və onlardan tarazlaşdırılmış informasiya gözləmək çətindir. Həqiqi İctimai televiziyanın və alternativ televiziya və radio kanallarının yaradılması Azərbaycan mediasının siyasi hakimiyyət və ictimaiyyətlə münasibətlərini tarazlaşdıra bilərdi. Lakin bunlar hələ arzu olaraq qalır.
Dördüncü acı həqiqət: kasıblıq və ya özünümaliyyələşdirmənin məhdudluğu.
Maliyyə nöqteyi-nəzərindən 1980-cı illərin axırı – 1990-cı illərin əvvəli Azərbaycan mediası üçün uğurlu olmuşdur. O zaman, hələ əsl reklam bazarı formalaşmamışdı, varlı siyasi partiyalar və dövlətli iş adamları yox idi. Qəzetlər, yalnız satış hesabına fəaliyyət göstərir, hətta kiçik gəlir də əldə edirdilər. İnsanlar mətbuatı mütaliə etməkdən yorulmurdular, onların xoşuna gəlirdi ki, əvvəllər yazılması qadağan edilənlər haqqında oxuya bilirlər. Hamı söz azadlığınından əvvəllər tanış olmayan bir həzz alırdı. Qəzetlərin nəşri qazanclı biznesə çevrilirdi.
Vəziyyət 1993-cü ildən dəyişməyə başladı. Əvvəl fövqəladə vəziyyətlər, hərbi və siyasi senzura tətbiq edildi. Sonra 1994-95-ci illərdə kağız böhranı və mətbəələrlə xroniki problemlər ortaya çıxdı. Kağızın qiyməti 4-5 dəfə qalxdı, alternativ mətbəələr olmadığından, fəaliyyət göstərən yeganə dövlət (hökumət) mətbəəsinə müraciət etmək məcburiyyəti qalırdı, o da, monopolist olduğuna görə, «dəhşətli qiymətlər» təyin edirdi. Müstəqil qəzetlərin nəşri, bir çox maneələri dəf edilməsini tələb edən əzablı çətinliyə çevrildi. Azadlığın dadını bilən və yenicə əsl peşəkarlığa yiyələnən müstəqil qəzetlər qəflətən iflasa uğradılar. Vəziyyətdən çıxış yolu axtarmaq məqsədi ilə bəzi naşirlər hakimiyyət dəhlizlərinə, bəziləri qızğın surətdə, şəxsi məqsədləri üçün konyuktur qəzetə ehtiyacı olan varlı himayəçi axtarmağa başladı, bəziləri isə, sadəcə olaraq peşələrini dəyişdilər. Azərbaycanda «Azad – müstəqil – demokratik» mətbuatın çox qısa ömrü sona çatdı. Bu dövr az-çox müstəqil elektron mediası üçün də bitdi; gec-tez BMTİ, SARA, ABA televiziya kanalları bağlandı. 1990-cı illərin ortalarından başlayaraq, Azərbaycan mediası günü-gündən öz iqtisadi müstəqilliyini itirməyə başladı. Sonra, 1998-ci il prezident seçkisi ərəfəsində vəziyyət zahirən, sanki dəyişdi. Qəzetlərdən, senzorların tələbi ilə materialların çıxarılmasından yaranan «ağ ləkələr» yox oldu, qəzetlərin yayımına və satışına aşkar maneələr azaldı, 2000-ci ilədək yeni qəzetlərin qeydiyyatı şərtləri yumşaldı. Lakin – əfsus! – əvəzində başqa, mediyaya təsir etməyin daha kəskin üsulları yarandı. Məmurlar və hakimiyyət başında duranlar məhkəmələrə, qəzetləri şər və böhtanda ittiham edən çoxsaylı iddialarla müraciət etdilər, məhkəmələr isə, bir qayda olaraq qəzetləri ağıla sığmayan cərimələrə məhkum edirdilər. Müstəqil qəzetləri çap etməyə cürət edən mətbəələr, bu və ya digər bəhanələrlə bağlanırdılar. Jurnalistlərin təqibi başladı, zorakılıq faktları artdı, qəzetlərin bütöv tirajları həbs edilir, qəzetlərin redaktorları siyasi fəaliyyətdə təqsirləndirilir və onları uydurulmuş ittihamlarla həbs edirdilər… Artıq sınanmış fənd yenidən tətbiq edildi: əvvəl müstəqil qəzetlərin borcları donduruldu, onları, məhkəmə qətnaməsi üzrə böyük cərimələri ödəməyə məcbur etmirdilər, Azərbaycan mediasına güzəştli kreditlərin verilməsi qərarı qəbul edildi. Azərbaycanın bundan əvvəlki prezidenti özünün jurnalistlərlə «səmimi» söhbətində bu tədbirləri, hətta «dondurulma və media ilə daha isti münasibətlər siyasəti» adlandırmışdı. Bəs, nəticədə nə oldu? Media-menecment üzrə ən optimist mütəxəssislərə, «Yaranmış vəziyyətdən hansı çıxış yolu var?», sualını verəndə, onlar yalnız acı-acı gülümsəyirlər.
Beşinci acı həqiqət: qeyri-peşəkarlıq və ya qapalılıq, özünə qapanma.
Zahiri şəraitdən asılı olmayaraq, peşəkarlıq məsələləri bütün hallarda immanentdirlər, bu, həmişə – daxili məqsədlər məsələsidir. Azərbaycan jurnalistlərinə bu, tam mənasında aiddir, hətta onlar öz peşəkarsızlıqlarına bəraət qazandırmaq üçün çoxlu bəhanələr gətirə bilsələr də. Beləliklə, jurnalist ordusunun qeyri-peşəkarlığı özünü nədə göstərir? Demək olar ki, informasiya proqramlarının çoxunda informasiya mənbələri dəqiqləşdirilməyir. Anonim informasiya mənbələrinə gəldikdə isə, elə bil ki, Azərbaycan jurnalistikası üçün belə mənbələrdən nə vaxt və nə qədər istifadə etmək sahəsində heç bir hüquqi və mənəvi aspekt mövcud deyil. Tarazlaşdırılmış jurnalistikanın da tələbləri yerinə yetirilmir; çox hallarda «tarazlıq», «başqa tərəfin fikrini öyrənmək mümkün olmadı» kimi formal bəhanələr hesabına yaradılır. Tez-tez elə fikir yaranır ki, Azərbaycan jurnalistikası sovet totalitar sistemindən hələ çıxmamışdır. Bu, xüsusilə təəccüblüdür, çünki Azərbaycan jurnalistikası daha cavandır, lakin bu «cavanların» bəzisi (xüsusilə – elektron medianın jurnalistləri) pis kimi tanınan sovet prokuroru Vışinskinin vərəsəsinə oxşayırlar. Onlar asanlıqla «cəsus», «düşmən» anlayışlarından istifadə edərək, sanki «dövlət ittihamçısı» roluna girirlər. Bununla belə əks tərəfin şəxsi fikrini ifadə etmək hüququ nəzərə alınmır.
Azərbaycanda media nümayəndələri üçün çoxlu treninq və seminarlar keçirilir (məsələn, Almaniya Texniki Cəmiyyətinin – GTZ, jurnalistlər üçün keçirdiyi kurslar böyük populyarlıq qazanmışdır), lakin, bu, hələki praktik və gündəlik jurnalist fəaliyyətində özünü real göstərmir.
Beş acı həqiqətdən sonra bir zəif ümid: Azərbaycan mediasının problemləri gündəmdən çıxmır.
Azərbaycanda mass-medianın bugünki vəziyyətini nə qədər bədbin qiymətləndirsək də, yaxşılığa ümid var. Axı, məhz Azərbaycan mediası təmiz, obyektiv və azad seçkilər uğrunda mübarizə aparır; məhz media daim ölkənin Avropa Birliyi qarşısındakı öhdəliklərindən danışır; məhz Azərbaycan mediası ölkədə demokratiyanın mümkünlüyünə inanmağa davam edir. Azərbaycanda media problemi ictimai mübarizənin mərkəzindədir. Bir qrup qüvvələr medianı öz nəzarətində saxlamağa, başqaları isə medianın ictimai maraqlara xidmət etməsinə çalışır. Bu ictimai toqquşmanın nəticəsinin necə olacağını yaxın gələcək göstərəcək, lakin, şübhəsiz Azərbaycanda demokratiyanın müqəddəratı bundan asılıdır.
QISA ARAYIŞ: KİV haqqında Qanunun son versiyası 2002-ci il aprelin 30-da qəbul olunmuşdur. İnformasiya əldə etmək azadlığı haqqında Qanunun yeni versiyasını 2005-ci ilin oktyabrında qəbul etdilər (köhnəsi 1998-ci ilin iyununda qəbul olunmuşdu). Teleradio yayım haqqında Qanun 2002-ci il iyunun 25-də qəbul olunub. İctimai TV haqqında Qanun 2005-ci ilin yanvarında qəbul olunub. Mətbuat Şurasının məlumatına görə, Azərbaycanda mütəmadi olaraq 200 qəzet çıxır (qeyri-mütəmadi 2500). Onlardan 50-si hər gün və ya həftədə bir neçə dəfə çıxır. Ölkədə 12 informasiya agentliyi fəaliyyət göstərir. Jurnalist vəsiqəsi olan KİV əməkdaşlarının sayı 30 minə yaxındır, onlardan 2500 nəfəri həqiqətən jurnalist işləyir. Milli Teleradio Yayım Şurasından alınan məlumata görə, Azərbaycanda 6 ümumrespublika (onlardan – 4 özəl, ictimai televiziya və bir dövlət səhmləşdirilmiş şirkəti) və 13 reqional teleşirkəti fəaliyyət göstərir. 7 özəl radiokompaniya efirə çıxır (demək olar ki, hamısı – müsiqili-əyləncəlidir, lakin onların bəziləri xarici qrantlar hesabına seçki müddətində geniş informasiya yayımı həyata keçirirlər).

Zeynal Mamedli

dfsdffdsfs

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO