Azərbaycanda yeni dərgi işıq üzü görəcək

Yaxın vaxtlarda yeni dərgi işıq üzü görəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasından SalamNews-a daxil olan məlumatda bildirilib ki, dərgidə Azərbaycanın ictimai-siyasi həyatında, yerləşdiyimiz regionda və dünyada baş verən proseslər barədə məqalələr dərc olunacaq. İlkin mərhələdə ayda bir dəfə nəşr olunması nəzərdə tutulan jurnalın sonradan dövrülüyü artırılacaq.

Partiyadan bildirilib ki, dərgi ilə yanaşı “Davam” qəzetinin də nəşrinin bərpa olunması nəzərdə tutulur. Sözügedən qəzet parlament seçkilərinə qədər oxucuların ixtiyarına veriləcək.

– See more at: http://salamnews.org/az/news/read/158987#sthash.l6fiAKQ0.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO