“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalın on üçüncü nömrəsi çapdan çıxıb.

SalamNews xəbər verir ki, nəşr Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimini əks etdirən yazı ilə başlayır. “Parisdə “Azərbaycan şəhərciyi”nin açılışı” məqaləsi Azərbaycan mədəniyyətinin Avropada təbliğinə həsr olunub.

Akademik Teymur Bünyadovun “Şah əsərimizdi…” məqaləsi ömrünü Azərbaycan etnoqrafiya elminin inkişafına həsr etmiş görkəmli alimin milli xalçaçılıq sənətinin tarixi, onun ayrı-ayrı məktəbləri, nümunələri, həmçinin ötən il istifadəyə verilmiş Xalça Muzeyi haqqında düşüncələrini əsk etdirir.

Jurnal ənənələrinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini xalçaçılıqla bağlamış insanlar haqqında məqalələrlə, tədqiqat materialları, maraqlı reportajlar, yeni elmi araşdırmalarla oxuncularının görüşünə gəlmişdir. Professor Vidadi Muradovun “Qırmızı qəsəbə: sinaqoqdan xalçayadək” Azərbaycan, rus və ingilis dillərində təqdim olunmuş məqaləsi Qubanın Qırmızı qəsəbəsinə ekspedisiya materialları əsasında hazırlanıb.

Tarix elmləri doktoru Şirin Bünyadovanın “Namazlıq”, türkiyəli xalça tədqiqatçısı Şərifə Atlıhanın “Anadolu və Azərbaycan xalçalarında oxşar xüsusiyyətlər” adlı yazıları da oxusuların marağına səbəb olacaq.

Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.

– See more at: http://salamnews.org/az/news/read/159966#sthash.ppu9OtHw.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO