Avropa Şurasının yeni kitabçası

Kitabçada QHT-lərin hüquqi statusu haqqında tövsiyyələr yer alır
Oktyabırın 28-də Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisində “Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökümət təşkilatlarının hüquqi statusu haqqında CM/Rec (2007) 14 saylı tövsiyəsi” adlı kitabçanın ictimai təqdimatı keçirilib.

Lent.az-ın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə,
təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek və “Counterpart İnternational” təşkilatının rəhbərliyi altında həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsinin rəhbəri Maykl Kunts çıxış ediblər.

Bu nəşr Avropa Şurasının və Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin birgə əməkdaşlığının məhsuludur. Nəşrin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi və “Counterpart İnternational” arasında imzalanmış qrant müqaviləsinin şərtlərinə uyğun olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə mümkün olub.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO