Avropa Parlamenti İnternet-televiziyasını yaradıb

Məlumata görə, debatları translyasiya edəcək İnternet-kanalın auditoriyası 20-40 milyon insanı nəzərdə tutur. Qeyd edək ki, EuroparlTV-də bədii və sənədli filmlər, həmçinin realiti-şou və futbol oyunlarının nümayişi gözlənilmir. EuroparlTV faktiki olaraq bir deyil, dörd telekanaldan ibarət olacaq və orada adi verilişlərlə yanaşı kütləvi müzakirələr də yer alacaq. Bütün verilişlər istər dublyaj, istərsə də subtitrlərin köməyi ilə 20-dən artıq dilə tərcümə olunacaq.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO