AVCİYA Zaqatalada bələdiyyə seçkiləri ilə əlaqədar tədbir keçirib


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə əlaqədar maarifçilik tədbirini Şirvan, Lənkəran şəhərlərindən sonra Zaqatalada keçirib.

AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək, assosiasiyanın seçkilərlə bağlı gördüyü işlər barədə geniş məlumat verib. Seçki Qərargahının əməkdaşı Osman Ağayev bələdiyyə seçkilərində müşahidənin prinsipləri, müşahidəçilərin görəcəyi işlər, onların hüquq və vəzifələri barədə görüş iştirakçılarını məlumatlandırıb. AVCİYA-nın region üzrə koordinatoru Asif Bayramov isə Zaqataladakı seçki qabağı vəziyyət və bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı açıqlama verib.

Tədbirin sonunda iştirakçılara müşahidə üçün lazım olan vəsaitlər, AVCİYA-nın nəşr etdirdiyi “2009-cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” paylanıb və onların müxtəlif sualları cavablandırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO