AVCİYA Gəncə,Göygöl və Daşkəsəndə seminarlar keçirdi

AVCİYA Gəncə,Göygöl və Daşkəsəndə seminarlar keçirdiAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarlarə davam etdirir. Şirvan, Hacıqabul, Sabirab, Xaçmaz, Quba, Qusar, Zaqatala,Balakən, Qax rayonlarından sonra Gəncə,Göygöl və Daşkəsəndə seminarlar keçirilib.
Seminarlarda AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək Milli Məclisə növbəti seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bundan başqa seçki ərəfəsi ictimai-siyasi vəziyyət, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqelərinin səbəbləri seminar iştirakçılarına izah olunub. Daha sonra müşahidəçilərin seçki günü fəaliyyətləri onların hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Seminarların sonunda iştirakçıların sualları cavablandırılıb.
Assosiasiya növbəti seminarları bu həftənin sonu Bərdə, Tərtər və Goranboy rayonlarında keçirməyi planlaşdırır.
Seminarlarda AVCİYA Gəncə Regional nümayəndəliyinin rəhbəri Muxtar Əsədov və Seçki Qərargahının kordinatoru Cavid Camalov iştirak edib.

AVCİYA-nın Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO