Şamaxıda M.Ə. Sabir şerlərinin bədii qiraət müsabiqəsi başlayır

Şamaxıda  M.Ə. Sabir şerlərinin bədii qiraət müsabiqəsi başlayırSöz Azadlığını Müdafiqə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş “Bədii qiraət” müsabiqəsinə start verib. İki mərhələdən ibarət olacaq müsabiqəyə M.Ə.Sabirin doğum günü-30 may tarixində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecdə keçiriləcək. Artıq təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə müsabiqənin əsasnaməsini, o cümlədən layihənin icrası ilə bağlı məsələləri müzakirə etmişlər. Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir. Yekun mərhələsində qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlaının da qatıldığı münsiflər heyəti seçəcək. Xatırladaq ki, ənənəvi olaraq keçirilməsi planlaşdırlılan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcəkdir.
Söz Azadlığını Müdafiqə Fondu
28/02/2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO