Şairə Mahirə Abdulla ilə görüş

Şairə Mahirə Abdulla ilə görüşFevralın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şairə Mahirə Abdullanın gənclərlə görüşü keçiriləcək. Bu barədə AYB-dan məlumat verilib. Görüşdə gənclər, Bakıdakı ali məktəb tələbələri şairənin yaradıcılığı haqqında onları maraqlandıran suallara cavab ala biləcəklər.
Qeyd edək ki, M.Abdulla 11 şeir kitabının, fəlsəfi esselərdən ibarət albomumun, ingilis və rus dillərində povestlərin, 2008-ci ildə isə “Əbədiyyət” və “An” nəsr kitablarının müəllifidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO