Ağdamlı Qulumbəyov

Ağdamlı Qulumbəyovİyirminci əsrin birinci yarısı ölkəmiz üçün gərgin illərlə yadda qaldı. Ard-ardınca gələn kollektivləşmə, repressiya, sürgün, müharibə illəri çoxsaylı günahsiz insanın məhvinə səbəb oldu. Kommunistlərin hakimiyyətə gəlişindən sonra, Çar Rusiyasının imperiya maraqlarının davamı olaraq yeni hakimiyyət tərəfindən regionlara, xüsusəndə Qarabağa məxfi qruplar göndərilirdi. Sələfindən fərqli siyasət irəli sürməyən kommunist Rusiyasının Qarabağa olan əsas marağı çılğın əhalini daim öz adamları vasitəsi ilə nəzarətdə saxlamaq, həmçinin kommunist təbliğatını aparmaq idi. Onların fikrincə, əhali arasında çoxsaylı idarəolunmaz “pantürkist, panislamist” qüvvələr var idi…

Söz yox ki, bu qüvvələrin üzə çıxarılmasında ermənilərin də əhəmiyyətli rolu olurdu. Demək olar ki, prosesdən daha çox onlar bəhrələndilər. Ötən əsrin 30-cu illərində Ağdamda vəzifədə olanlar arasında ermənilər kifayət qədər idi. MTS direktoru Qriqoryan, “NKVD” rəisi Camqarov və digər erməni xislətində olanlar əllərinə düşən fürsətdən istifadə edərək, Ağdamın ziyalı təbəqəsini, fərqli düşünənləri xalq düşməni elan edərək məhv etdilər…
Xatırladaq ki, 1935-1938-ci illərdə Ağdam “NKVD”sinin (indiki daxili işlər şöbəsi) rəisi vəzifəsinə erməni mənşəli Mixail Camqarov təyin edilmişdi. O dövrdə Ağdam RPK-in birinci katibi işləyən İbrahim Mirzəyevin üzüyola olmasından istifadə edərək, məhz “NKVD” rəisinin təhriki ilə yüzlərcə vəzifə sahibi, ziyalılar, əsilzadə bəy nəslindən olanları “troyka”nın qərarı ilə güllələnmiş, ya da sürgünə göndərilmişdi…

Ancaq çox keçmir ki, 1938-ci ildə, kommunist ideologiyasının “tələblərinə uyğun olaraq İbrahim Mirzəyevin özünü xalq düşməni elan edirlər. Az müddət ərzində leytenantdan mayor rütbəsinədək yüksələn M.Camqarov isə 1942-ci ildə vətənə xəyanətdə günahlandırılaraq gülələnir….

Beləliklə, ermənilərdən fərqli olaraq digər millətlərdən olanlar Ağdamda yaşamaqla vəzifə borcunu yerinə yetirmiş və bəziləri isə hətta şəhərə bağlandıqlarından ixtisası üzrə çalışmışlar. Müxtəlif illərdə Ahmerov, Sanayev və onlarca digər millətlərin nümayəndələri şəhərdə müxtəlif vəzifələrdə çalışmışdılar. Onlardan biri də Georgi Qulumbəyov idi…

İslam Hacıyev küçəsi Ağdamda bazarın köhnə univermaq hissəsindən keçirdi. Cox da uzun olmayan küçədə məhşur “Qiyaslı” çayxanası, karvansaray, ikimərtəbəli köhnə univermaq, toyuq satılan mərkəz, habelə S.S.Axundov küçəsi ilə kəsişmədə “layışlar” məhəlləsi var idi. Qədim Lahic qəsəbəsindən gələnlərin bir qismi məhz bu küçədə məskunlaşmışdılar. Onların Ağdama kütləvi gəlişi isə ötən əsrin 20-30-cu illərinə təsadüf edirdi…

İki küçənin kəsişməsində isə 30-cu illərdə ikimərtəbəli səkkizmənzilli bina inşa edilmişdi. Həmin ərazidə bina ilə üzbəüz yerdə “Ford” Fuadın maşın təmiri sexi fəaliyyətdə idi. Musayevlərin üç qardaşı qonşu idilər. “Ford” Fuad isə Ağdama 1974-cü ildə ilk xarici “Ford” markalı maşın gətirdiyindən şəhərdə hamı onu “Ford” Fuad deyə çağırırdı…

Qayıdaq mətləbə…

Qulumbəyovda yuxarıda qeyd etdiyim ikimərtəbəli binanın sakini idi. Savadı və peşəkarlığı ilə diqqəti çəkən Qulumbəyov şəhərdə yaşadığı vaxt gələcək həyat yoldaşı ilə tanış olur. O da uşaq həkimi idi. Artamonova ilə birgə xeyli müddət ona ayrılan mənzildə yaşadı…

Georgi Qulumbəyov əslən Cənubu Osetiyadan olan hörmətli, tanınan nəslin nümayəndəsi idi. O, Çar Rusiaysının ərazinə daxil edilən Qori qəzasının Ortev kəndində 1887-ci ildə anadan olmuşdu. 1902-ci ildə dayısının köməyi ilə Tbilisi şəhər məktəbinə daxil olur. 1905-ci ildə inqilabi ruhlu dərnəyə qoşulur. Və bu maraq onu Bakıya gətirir. 1917-ci ilin aprel ayında Bakıda fəaliyyət göstərən bolşevik təşkilatınınn üzvü olur. 1917-ci il avqustun birində isə həmyerlisi Z.Ajdarovla birgə vətəninə yola düşür. Sonralar həbs edilir. Gülələnmədən çox çətinliklə qurtula bilir. Nəhayət hakimiyyətə gələn kommunistlər onu Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri təyin edirlər. Sonralar isə Ağdaş Qəza partiya komitəsinin birinci katibi seçilir. Xeyli müddət orda çalışdıqdan sonra Ağdama gəlir. Müxtəlif vəzifələrdə çalışası olur. On iki il isə Ağdam səhiyyə şöbəsininn müdiri vəzifəsində işləyir…

Ömrünün son illərdinədək diş həkimi işləyən G.Qulumbəyov 1970-ci ilin dekabrın 18-də dünyasını dəyişir. Öz vəsiyyətinə uyğun olaraq ağdamlı diş həkimini doğulduğu Ortev qəsəbə qəbirsanlığında dəfn edirlər.

G.Qulumbəyovun nəşini aparmaq üçün Osetiyadan gələn rəsmi nümayəndə heyəti Ağdamda yüksək səviyyədə qarşılanır. Dəfndə iştirak etmək üçün rayonun səhiyyə sisteminin rəsmiləri və tanınmış həkimlər də nümayəndə heyəti ilə birlikdə Osetiyaya yollanırlar…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO