“Abituriyent” jurnalının ikinci sayında abituriyentlərə çətinlik törədən mövzulara dair ətraflı izahatlar veriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) rus dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, seminarda 2009-cu ildə ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında rus dili fənnindən istifadə edilmiş test tapşırıqlarının yekun müzakirəsi olub. Müzakirələr göstərib ki, test tapşırıqları proqram materialını geniş şəkildə əhatə etməklə, abituriyentlərin bilik, bacarıq və vərdişlərinin aşkarlanmasına yönəlib. Tapşırıqlarda qəbul proqramından kənara çıxan heç bir material yoxdur və ümumilikdə abituriyentlərin bilik səviyyəsi qənaətbəxşdir.

Müzakirələr nəticəsində imtahan zamanı abituriyentlər üçün çətinlik törətmiş mövzulara dair test tapşırıqları haqqında “Abituriyent” jurnalının ikinci sayında ətraflı izahatlar verilməsi qərara alınıb.

Növbəti seminar iclasında 2009-cu ildə ali məktəblərə qəbul imtahanında ədəbiyyat fənnindən təklif olunan test tapşırıqlarının müzakirəsindən irəli gələn məsələlərin müzakirəsi aparılacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO