ABŞ səfirliyi yazıçı Rafiq Tağının qətli ilə bağlı məlumat yayıb

Amerika Birləşmiş Ştatları Bakıda yazıçı Rafiq Tağının bu yaxınlarda baş vermiş qətlini pisləyir və Tağının ailəsinə, dostlarına, həmkarlarına və oxucularına dərin başsağlığı verir. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib. Səfirliyin məlumatında bu cəzalandırılmalı olan qətlin ədalət tələb etdiyi vurğulanır və qeyd olunur ki, azadlıqlar hər bir sağlam demokratiya sisteminin əsas hissələridir.

Məlumatda deyilir: “Biz Azərbaycan hökumətinin cənab Tağının məruz qaldığı hücumu araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratmasını alqışlayırıq və bu dəhşətli cinayəti həyata keçirmiş canilərin məhkəmə qarşısına çıxartmaq üçün bütün resurslardan istifadə etməyə dəvət edirik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO