7 qəzet Milli Məclisin adından istifadə edir

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib ki, “Millət vəkili”, “Parlamentin səsi”, “Parlament”, “Parlament-2005”, “Parlament və cəmiyyət”, “Deputatın tribunası”, “Parlament xəbərləri” qəzetləri Milli Məclisin adından istifadə edir.

“Media forum” saytının məlumatına görə, A.Nəsirov vurğulayıb ki, bu qəzetlərin Milli Məclisə heç bir aidiyyəti yoxdur.

Milli Məclisin iki orqanı var: “Azərbaycan” qəzeti və “Milli Məclis” jurnalı.

“Parlamentin sədası” və “Azərbaycan parlamenti” qəzetləri Mətbuat Şurasının “reket” nəşrlərə dair siyahısındadır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO