Əflatun Amaşov Ramil Usubova müraciət etdi

Azərbaycan Mətbuat Şurası “Azadlıq” qəzetinin yazarı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin həbsi ilə bağlı daxili işlər naziri Ramil Usubovamüraciət ünvanlayıb. Modern.az xəbər verir ki, bu barədə musavat.com-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurasının müraciətində deyilir:    

– Cənab nazir!  

Seymur Həzi avqustun 29-da Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işi başlanılıb, Abşeron Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.    

Hörmətli Ramil müəllim!   

 Hələlik Seymur Həzinin barəsində başlanmış cinayət işi üzrə istintaq gedir, son sözü məhkəmə deyəcək. Seymur Həzi jurnalist olduğu üçün onun həbsi Mətbuat Şurasının diqqətindədir. Əminik ki, proses sizin sayənizdə ədalətli, qanunun tələblərinə uyğun şəkildə həllini tapacaq, onun jurnalist olması nəzərə alınacaq.  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO