“Yoxluğuna inana bilmirəm, Rəna!” AzTV-nin qəfil vəfat edən REDAKTORUNA

Bəd xəbər tez yayılar, deyiblər. Bazar günü baş verib hadisə. Ancaq mən bundan bir gün sonra xəbər tutdum. Uzun illər bir redaksiyada , çiyin-çiyinə çalışdığımız mehriban, sədaqətli, işgüzar, səmimi bir insanı itirdik biz. İldırım sürəti ilə yayılan bu xəbəri AzTV-nin “Xəbərlər” baş redaksiyasının kollektivi dərin hüzünlə qarşıladı. Geniş iş otağında gözləri yaşarmayan adama rast gəlmək mümkün deyildi. Bu adi itki deyildi. Rəna İbrahimova kollektivin sevimlisi idi.

Bu gün fevralın 2-də Gənclər günündə gənc readktorumuz Rəna xanım son mənzilə yola salındı. Buna heç cür inana bilmirəm, Rəna! Axı sənin böyük arzuların vardı. Sən arzuların qanadında uçmalıydın. Uça bilmədin.Sən böyük bir ailənin ümüdgahı idin: həm mənəvi, həm də maddi cəhətdən dayaq idin. Elə bütün günü xəstə ananın fikrini çəkirdin, qardaş – bacılarının taleyini düşünürdün. Uzun müddət iş yerində səninlə yan- yana oturardıq, siyasətdən, həyatdan, gün – güzərandan danışardıq. Necə də parlaq fikirlərin vardı sənin! Özün də işdə çox ağır yükün altına girmişdin. “Xəbərlər”in rus dilində efirə gedən sujetlərini azərbaycancadan ruscaya, ruscadan azərbancancaya çevirərdin, operativ şəkildə. Heyf ki, ürək dözmədi, bu fəailyyətinə son qoydun, bizim hamımızı sarsıtdın. Səni unutmaq çətindir Rəna! Sən qəlblərdə uzun müddət yaşayacaqsan.

Allah qəni – qəni rəhmət eləsin, qəbrin nurla dolsun. Amin !

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO