Yeni ildə “National Geographic Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb

Yeni ildə “National Geographic Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb.

SalamNews xəbər verir ki, nəşrin sayca beşinci nömrəsində Şimali Amerika sakinlərinin əcdadı, dünya üzrə tapılmış ilk incəsənət nümunələri, Gürcüstanın qədim adət-ənənələrini qoruyub yaşadan Svaneti vilayəti və digər mövzularla bağlı maraqlı materiallar yer alıb.

Həmçinin, oxucular “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “yerli məqalələr” silsiləsində bu dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Miniatür Kitab Muzeyi barədə oxuya bilərlər.

Xatırladaq ki, məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirilib. “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını ötən il sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təadim edib.

– See more at: http://salamnews.org/az/news/read/158119#sthash.4gCwpWTp.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO