Yazıçılar Birliyi İraqda yaşanan hadisələrlə bağlı bəyanat yayıb

Modern.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyində İraqın şimalında yaşanan hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatın mətnini AYB-nin yubiley tədbirində və Azərbaycan yazıçılarının adından xalq şairi Sabir Rüstəmxanlı oxuyub.

Sənəddə bildirilir ki, dünyanın ən qədim sivilizasiyalarından birinin beşiyi olmuş İraq torpağında bu günlərdə insanlıq dramı yaşanır: “Quzey İraq yenə qanlı döyüşlər beşiyinə dönüb. İslam və din adı altında ortalığa atılan, əslində isə İslam düşmənlərinin planlarını həyata keçirən quldurlar, silahlı ordu ölkənin şimalında dinc əhalini məhv edir. Təəssüf ki, türkmənlərin səsinə səs verən yoxdur. Biz Kərkük türklərini Azərbaycan türklərinin bir parçası, onların faciəsini öz faciəmiz sayırıq. Azərbaycan yazıçıları bu faciəyə laqeyd qala bilməz. Biz İraqdakı soydaşlarımızın səsinə səs verir, qırğın siyasətinin dayandırılmasını tələb edirik”.

Qeyd edək ki, İraq türkmanları ilə bağlı bəyanat ideyası S. Rüstəmxanlıya məxsusdur. Dünən yazıçıların 12-ci qurultayında onun bu təşəbbüsünü Birlik sədri Anar da dəstəkləyib.

Modern.az  lockedbox.by ,tramesplit.by,e-goldcasino.biz,gamelend.net.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO