Yazıçılar Adil Mirseyidlə bağlı BƏYANAT hazırlayır

Bir qrup yazar hazırda böhranlı durumda olan şair-rəssam Adil Mirseyidlə bağlı bəyanat hazırlayacaq. Bu haqda Modern.az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

X. Rzanın dediyinə görə, üzdə olan bir qrup gənc yazarla yanaşı, orta nəsil də bəyanatın hazırlanmasında iştirak edəcək. Bəyanatda hazırda xəstəxananın da imtina etdiyi şairə maddi dəstək kampaniyasının başlanması və bu kimi məsələlər öz əksini tapacaq. Bəyanat sabah günorta saatlarında Beynəlxalq Mətbuat Mərkəzində şair-tərcüməçi Səlim Babullaoğlu tərəfindən oxunacaq.

Qeyd edək ki, A. Mirseyid xeyli vaxtdır ki, qara ciyər serrozundan əziyyət çəkir.  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO