Vikipediyada Azərbaycanın arxeoloq və etnoqraflarının elmi məqalələrinin sayı çoxaldılacaq

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Viki-mühitin Azərbaycan arxeologiyası və etnoqrafiyası ilə bağlı hissəsinin zənginləşdirilməsi, onların qorunması və inkişafı məqsədi ilə işçi qrupu yaradılıb.
İşçi qurupu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin 15 yanvar 2014-cü il tarixli Vikipedia ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında qərarına əsasən yaradılır.

İnstitutdan qhtxeber.az-a daxil olan məlumata görə, işçi qrupu Viki – mühitdə yer alan Arxeoloji və etnoqrafiya sahəsinə aid materialların nəzərdən keçirilməsindən sonra mütəmadi olaraq Azərbaycan arxeologiyası və etnoqrafiyasında olan yeni elmi nailiyyətlər, Azərbaycan arxeologiyasının görkəmli şəxsiyyətləri haqqında, onların əsərləri və arxeoloji abidələr haqqında məlumatların vikipediya ensiklopediyasına yerləşdirməsindən ibarətdir.

Vikipediya ensiklopediyasında son zamanlar Azərbaycan arxeologiyası ilə bağlı olan bir sıra həqiqətlərə uyğun gəlməyən materiallar gedib. Buanın arxeoloji və etnoqrafiya sahəsində yeni elmi nailiyyətlərin dünya və Azərbaycan ictimaiyyətinə çatdırılması yolunda işlər görəcək. məqsədlə İşçi qrup bu yalan məlumatların qarşısını almaq, doğru və dolğun elmi məlumatların yerləşdirilməsi işlərini həyata keçirəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO