Türkiyənin Beyaz TV kanalı Azərbaycan haqqında veriliş hazırlayacaq

Tükiyənin Beyaz TV kanalının efirində yayımlanan “World Tour with Dogukan” verilişinin çəkiliş qrupu Bakıdadır.

SalamNews-un xəbərinə görə, verilişin kordinatoru Şeyd Aydın deyib ki, səfərin məqsədi ölkənin turizm potensialı haqqında reportajın hazırlanmasıdır.

Onun sözlərinə görə, çəkilişlər Bakı və regionlarda aparılacaq. Verilişin hazırlığı prosesi zamanı çəkiliş qrupu həmçinin Qubada azərbaycanlıların kütləvi məzarlığını ziyarət edəcək.

Bundan əlavə, Azərbaycanın iqtisadiyyatı və Azərbaycan-Türkiyə münasibətləri barədə ayrıca reportaj hazırlanacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO