Türkiyədən çıxarılan azərbaycanlı jurnalist polisə ifadə verib

Türkiyə hökuməti “Todays Zaman”ın müxbiri və blog yazarı olan Azərbaycan vətəndaşı Mahir Zeynalovu atdığı twit-lər səbəbi ilə ölkədən çıxarılması haqda qərar verib.

Modern.az saytı “Milliyet”ə istinadən bildirir ki, buna səbəb olaraq Zeynalovun “Türk prokurorlar polisə “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli olan şəxsləri həbs etmək əmri verdi, Ərdoğanın təyin etdiyi polis şefləri isə buna imkan vermədi” twit-i göstərilib.

Daxili İşlər Nazirliyi Zeynalovun sərhəd xarici edilməsini və nəticənin nazirliyə bildirilməsini istəyib. 4 ildən bəri Türkiyədə çalışan Zeynalov 15 ay əvvəl bir türk vətəndaşı ilə evlənib. Bu səbəblə Türkiyədə oturma haqqı var.

Baş nazir Tayyib Ərdoğan da Zeynalov haqqında, “təhqir, xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” səbəbi ilə cinayət işi qaldırılacağı mesajını verib. Zeynalov keçən həftə təhlükəsizlik müdirliyinə gedərək ittihamlarla əlaqədar ifadə verib. Bu ittihamlar Zeynalovun Twiteer-dəki @MahirZeynalov hesabından atdığı “Türk prokurorlar polisə “Əl Qaidə” ilə əlaqəli şəxsləri həbs əmri verdi. Ərdoğanın təyin etdiyi polis şefləri, bu əmri yerinə yetirməyi rədd etdi” və “Ərdoğanın təyin etdiyi səlahiyyətlilər basqına maneə törədincə, “Əl Qaidə”nin Türkiyə mənsubları qaçdı” şəklindəki iki twit-indən ibarətdir.

Zeynalov isə ifadəsində söz mövzusu olan twit-lərin mediada nəşr olunan xəbərlərə söykəndiyini və heç bir əlavə şərh vermədiyini dilə gətirib.

Bunun ardından Mahir Zeynalov, daxili işlər nazirinin 04.02.2014 tarixində verdiyi göstərişlə 5683 saylı “Xaricilərin Türkiyədə iqamət və səyahətləri haqqında” qanunun 8-19. maddələrinə uyğun olaraq Türkiyəyə girişi qadağan olunan şəxslər sırasına alınıb. Daxili işlər naziri adına Təhlükəsizlik Xidmətinin müdir köməkçisi Əli Baştürkün imzasını daşıyan qərarda, Zeynalovun “dövlət rəhbərləri əleyhinə twit atdığı səbəbi ilə” sərhəd xarici edilməsi və ölkəyə girişi qadağan olunan şəxslərin siyahısına salınması istənilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO