ÖTƏN İL 32 KİV ƏMƏKDAŞI DÖYÜLÜB

Ötən il 7 KİV-ə qarşı 14 iddia qaldırılıb, 5 məhkəmə prosesi baş tutub. Məhkəmə iddiaları «Yeni Müsavat», «Azadlıq», «Bakı xəbər», «Xural», «24 saat» (sabiq baş redaktoruna qarşı), «Gündəlik Bakı», «İdeal» qəzetlərinin və «İdeal» jurnalının redaksiyalarına, baş redaktorlarına və əməkdaşlarına qarşı irəli sürülüb. 4 iddia Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə qaldırılıb.

KİV-lərə qarşı qaldırılmış iddia ərizələrində cinayət məsuliyyəti ilə bərabər 430 min manat təzminat ödəmək tələb olunub. «Azadlıq» qəzetindən 170 min manat, «Yeni Müsavat» qəzetindən 60 min manat, «24 saat» qəzetinin sabiq baş redaktoru Fikrət Fərəməzoğlundan 100 min manat cərimə istənilib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO