Terror edilən jurnalın sayı 5 milyona qalxdı, 10 milyon avro qazandı

Parisdə terror hücumuna məruz qaldıqdan sonra yanvarın 14-də növbəti sayı nəşr olunan “Charlie Hebdo” satririk jurnalı 10 milyon avro gəlir əldə edib. Modern.azsaytı xarici KİV-ə istinadən xəbər verir ki, bu məbləğin içərisində yeni sayın satışından əldə olunan gəlirlə yanaşı, 12 nəfərin ölümünə səbəb olan terrordan sonra vətəndaşların jurnalın hesabına köçürdüyü pul da var. 

Jurnalın yeni sayı əvvəlcə 1 milyon tiraj planlaşdırılsa da, sonradan sayı 3 milyona qədər artırılıb. Amma bu da son olmayıb və jurnalın son sayının tirajı 5 milyona çatdırılıb. Bu Fransa mediasının tarixində rekord göstəricidir. Terrordan sonrakı nömrənin çapı üçün 3 böyük nəşriyyatın xidmətindən istifadə olunub.

Qeyd edək ki, əvvəllər “Charlie Hebdo” həftəlik jurnalının satışı 28 min nüsxə olub və buna görə sözügedən nəşr hətta müflisləşmək həddinə də çatıbmış.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO