Telejurnalist Hacı Nuranı Türkiyəyə apardılar

“Xəzər” telekanalında yayımlanan “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuranın səhhətində ciddi problemlər yaranıb. Bu barədə Modern.az-a televiziya rəhbərliyindən məlumat verilib. Hacı Nuran səhhətində yaranmış problemlərə görə həkimlərin məsləhətiylə Türkiyənin Ankara şəhərinə göndərilib.

Bir çoxlarının köməyinə çatan “Xeyir körpüsü” verilişinin növbəti buraxılışlarının yayımı isə sual altındadır.
Qeyd edək ki, “Xeyir körpüsü” verilişi artıq uzun müddətdir “Xəzər” telekanalında yayımlanır. Bu veriliş vasitəsilə bir çox xəstə, köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən yardım göstərilib, müalicələri təşkil olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO