“Səs” qəzeti Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “Xocalı soyqırımını unutma” adlı filmi nümayiş etdirib. Filmdə nümayiş olunan kadrlar Azərbaycandan bəşəriyyətə ünvanlanan bir mesaj təsiri bağışlayır.
Filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin törətdiyi cinayət, müharibələr tarixində bənzəri olmayan qanlı hadisələr, azərbaycanlıların soyqırımı əks olunub. Filmdə soyqırımı hadisənin canlı şahidləri bu barədə geniş məlumat veriblər.
Filmdə nümayiş etdirilən kadrlarda dünya ölkələrinə, beynəlxalq təşkilatlara, insanlığa erməni qaniçənlərinin vəhşiliyindən danışılır, bəşəriyyətə Xocalı faciəsinə etinasız yanaşmamaq tövsiyyə olunur, cinayətkarların cəzasız qalmalarının hansı bəlalara gətirib çıxardığı göstərilir.
Bu gün film həmçinin YAP Qaradağ rayon təşkilatının mənzil qərargahında keçirilən tədbirdə də nümayiş etdirilib.