Sarkisyan azərbaycanlı jurnalistə 12500 uduzdu

Sarkisyan azərbaycanlı jurnalistə 12500 uduzduYanvarın 27-də onunla sırf təsadüfən həmsöhbət olduq. Ruslara məxsus «Moy mir» sosial şəbəkəsində nərd oyunu zamanı mənə rəqib oldu. Düzü, mən rəqibimin kim olduğunu bilmirdim. Başım yazıya qarışmışdı. Bir də baxdım ki, oyun başlayıb və rəqibim də Liana Sarkisyan adlı bir qadındır. Yaşı çox idi. Amma birdən-birə yaşını soruşmadım.

Düz 4 oyun mənə uduzdu. Səbrimi basa bilməyib ona rusca yazdım ki, «Liana, bu gün sənin günün deyil, uduzursan». O da cavabında elə rusca mənə yazdı ki, «hə, mənim günüm deyil, uğursuz gündür». Dedim, «onda dür gəl Xəzər dənizinin sahilində bir az hava al. Onsuz da buralarda erməni arvadları çoxdur». Soruşdu ki, «harda yaşayırsan?». Dedim, Bakıda. O da Türkiyənin İstanbul şəhərində yaşadığını dedi. Amma diqqətimi çəkən bu idi ki, o, İstanbul yox, Stanbul yazmışdı.

Oyun pəncərəsində qoyduğu foto çox aydın görünmədiyi üçün yaşını təxmini 60-dan çox bilirdim. Amma özü dedi ki, 80 yaşı var və artıq 8 ildir ki, Türkiyədə yaşayır, işləyir. Türkcə danışa bilib-bilmədiyini soruşduqda «evet» deyə, cavab yazdı. Onun Türkiyədə nə işlə məşğul olduğunu soruşdum. Cavabı bu oldu ki, xəstə baxıcısı işləyir. Məni maraq bürüdü. Xəstənin türk, yoxsa erməni olduğunu soruşdum. Dedi, «xəstə türkdür, mən də ona baxıram, qulluq edirəm».

İçimdəki erməni nifrətini boğmağa çalışsam da, «arada yazıq türk, Allah bilir, bu erməni kaftar onun başına nə oyun açacaq günün birində», deyə düşünməyə başladım. Bir daha təkrar elədim ki, gəl Bakıya, burda sənin kimi erməni arvadları çoxdur. Dedi, «olmaz. Həm, nə fərqi var, burada yaşayıram». Cavabım qısa oldu. Amma o susdu. Dedim, Liana arvad, fərq odur ki, biz sizə dəymirik, sizsə bizim qadınları, uşaqları öldürüb vəhşilik eləmisiniz. O əvvəlcə yazdı ki, mənə arvad demə, mən xanımam. Dedim, «hə, yaxşı xanımsan. İstanbula qonaq gələcəm sənə». Konkret «olmaz» dedi mənə. Səbəbini soruşmadım.

Bir az söhbətdən sonra dedi ki, «bizim türklərlə bir problemimiz yoxdur, burda onlarla çox normal yaşayırıq. Ermənistanda işsizlik olduğu üçün erməni kişilər başqa ölkələrə, qadınlar isə bizə yaxın olduğu üçün daha çox Türkiyəyə gəlib işləyirlər». Soruşdum ki, Liana, cavan erməni qadınları Türkiyəyə gəlib əxlaqsızlıq edirlər? Liana bunu boynuna aldı və «Allah onların üzünü qara eləsin, üz qarasıdılar» dedi. Bir dəli şeytan dedi ki, soruşum, ay Liana, bəlkə sən də cavanlıqda gəlib o yolla pul qazanırdın, indi qocalıb başqa işə keçmisən? Sonra fikrimdən daşınıb bu sualı ona vermədim. Düşündüm ki, 20 ildən çoxdur bütün dünya Ermənistana sübut edə bilmir ki, Azərbaycan torpaqlarını işğal edib. Hərdən Azərbaycanı da borclu çıxarırlar. Ona görə də, indi bu erməni «axçi»yə nəyi sübut eləmək olar? Amma bütün hallarda, Liana boynana aldı ki, Türkiyədə onlara çox yaxşı baxırlır, onlar da türklərə yaxşı baxırlar, evlərində qulluqçu, baxıcı işləyib pul qazanırlar.

Beşinci oyunu da uduzandan sonra dedim, «ay Liana arvad, sən o türkə yaxşı bax, ondan sənə zərər gəlməz, amma səni deyə bilmərəm nələr edəcəksən ona». Liana qısaca və son olaraq bunu yazdı; «Tamam, poka!». Ümumilikdə, Liana mənə 12500 xal uduzdu və getdi.

P.S. Bu yazını yazmağımın bir səbəbi var. Bir neçə il öncə eşitmişdim ki, Gəncə şəhərində bir erməni qadın olub, 80 yaşında ölüb. 50 yaşı olanda müsəlmanlığı qəbul edib, namaz qılıb, oruc tuturmuş. Bir gün bu erməni arvadı ağır xəstələnir, yatağa düşür. Ölüm ayağında oğlunu yanın çağırıb vəsiyyət edir ki, «ay oğul, bu müsəlmanlığı qəbul eləməyim boş şey idi. Sizə görə eləyirdim ki, dəyib-dolaşan olmasın». Qoca erməni axırda oğluna tapşırır ki, öləndə onu erməni adət-ənənəsi ilə basdırsınlar. Bunu ona görə yazdım ki, erməni ölənə kimi erməniliyin göstərir. Erməniliyin də mahiyyəti bizə artıq bəllidir. Şəxsən mən 20 ildir bunu özüm üçün aydınlaşdırmağa çalışmışam və nəticəsini də yazdım artıq…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO