SAMF “Media kataloq”un çapını reallaşdırıb

 

Nəfis tərtibatda işıq üzü görən kitab ictimai rəydə tanınan bütün media qurumlarımızı əhatə edib
Söz Azadlığını Müdafiə Fondu (SAMF) 30 oktyabr 2009-cu il tarixdə icrasına başladığı “ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni və nəfis tərtibatlı kataloqunun kitabça şəklində çapı” layihəsinin reallaşdırılması prosesini başa çatdırıb.
Fonddan verilən məlumata görə, üç dildə -Azərbaycan, rus və ingilis dillərində çap olunan media-kataloqda ictimai həyatımızda tanınan, ictimai fikirə az-çox təsir imkanı olan qəzetlərin, jurnalların, electron və internet-medianın, eləcə də tanınmış jurnalist təşkilatlarının yaranma tarixi, sabiq və indiki rəhbərliyi, strukturu barədə informasiyalar daxildir. Media-kataloqun ön sözünün müəllifi şair, SAMF sədri Musa Yaqub, redaktorları təşkilatın icraçı direktoru Vüqar Tofiqli (Cəfərov) və Layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablı (Quliyev), korrektoru fondun internet saytının redaktoru Gülbahar Qurbanovadır. Kitab “Apostrof” Çap Evinin mətbəəsində çap olunub.
Yeri gəlmişkən, kitabda toplanan məlumatlar elektron formada SAMF-ın internet resursunda (http://azfreespeech.az/) da yerləşdiriləcək. Bu da ölkə kütləvi informasiya vasitələri barədə maraqlı məlumatların internet vasitəsilə bütün dünyaya çatdırılmasında, eləcə də KİV qurumlarımzın daha geniş şəkildə tanınmasında müstəsna rol oynayacaq.
SAMF-dan onu da bildiriblər ki, “Azərbaycan media-kataloqu” adlanan kitab KİV-lərə pulsuz paylanılacaq. Hələlik kitabın bütün nüsxələri çap olunmayıb. Novruz bayramı tətilindən sonra kitabda haqqında məlumatlar çap olunan bütün media qurumları SAMF-ın ofisinə müraciət edib “media-kataloq”u əldə edə bilərlər.
Fondun kollektivi gələcəkdə də bu layihəni daha da genişləndirilmiş formada davam etdirmək, mediamız barədə daha ilginc məlumatları toplayıb təkrar çap etdirmək niyyətindədir.
Söz Azadlığını Müdafiə Fondu (SAMF)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO