SalamNews-un və İnterAz-ın əməkdaşları İSN-nin diplomuna layiq görülüblər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) təşkilatçılığı ilə tədbir keçirilib.

SalamNews xəbər verir ki, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə İSN-nin Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş gənc əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunub.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar.

Tədbir çərçivəsində həmçinin, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır” mövzusunda jurnalistlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.

İSN-nin aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd edilib ki, “Azərlotereya” ASC-nin dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 37 məqalə və 3 televiziya süjeti təqdim olunub. Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Qaliblər arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov, həmçinin İnterAz televiziyasının əməkdaşı İlkin Nadirov da olub. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

– See more at: http://salamnews.org/az/news/read/125702#sthash.Arv7c8wK.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO