SalamNews-un əməkdaşı müsabiqənin qalibi olub

Azərbaycan Mətbuat Şurasında AMŞ və “Azərsun Holdinq”in “Zeytun bağları” mövzusunda keçirdikləri yazı müsabiqəsinin nəticələri açıqlanıb.

SalamNews xəbər verir ki, tədbirdə AMŞ sədri Əflatun Amaşov, “Azərsun Holdinq”in nümayəndələri, paytaxtın aparıcı KİV rəhbərləri çıxış edərək bu cür müsabiqələrin jurnalistlərin ixtisaslaşmasında, eyni zamanda da Azərbaycanın məhsul istehsalında aparıcı brendlərə sürətlə yiyələnmələrinin təbliğində mühüm rol oynadığı vurğulanıb.

Bildirilib ki, müsabiqəyə 58 müəllif yazı təqdim edib. Münsiflər Heyətinin yekdil qərarı ilə bir I, iki II və üç III yer müəyyənləşdirilib. On yazı müəllifi həvəsləndirici mükafata layiq görülüb.

Birinci yerə SalamNews-un əməkdaşı Şirməmməd Nəzərli layiq görülüb. Ona AMŞ-in plaketi təqdim olunub.

«Azərsun Holdinq»in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov müsabiqəyə təqdim olunan yazıların araşdırılması prosesindən söz açıb. Materialların bir çoxunun mövzuya həssas yanaşma istəyindən qaynaqlandığını əlamətdar cəhət kimi vurğulayan A.Səfərov ekspertlərin mövcud istiqamətdəki qeydləri barədə ümumi məlumat verib.

Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsi laureatları bunlardır:

 

I yer

Şirməmməd Nəzərli – Salamnyus İnformasiya Agentliyi

 

II yer

İsmayıl İsmayılov – «Mediaformu.az» saytı

Elxan Salahov – «Həftə içi» qəzeti

 

III yer

Səxavət Həmid – «Gündəlik teleqraf» qəzeti

Zülfiyyə Quliyeva – «Mövqe» qəzeti

Seymur Yunusov – «İqtisadiyyat» qəzeti (marja.az saytı)

 

Həvəsləndirici mükafat

1. Nizam Rzayev – Lent.az saytı

2. Elçin Bayramlı – Səda İnformasiya Agentliyi

3. Ülviyyə Tahirqızı – «Xalq cəbhəsi» qəzeti

4. Həbibə Abdulla – «Kaspi» qəzeti

5. Nail Rəhimzadə – «İki sahil» qəzeti

6. Təranə Cəbiyeva – «Respublika» qəzeti

7. Nadir Azəri – «Yeni Azərbaycan» qəzeti

8. Mehparə Əliyeva – «Respublika» qəzeti

9. Xalid Kazımov – «Üç nöqtə» qəzeti

10. Rövşən Rəsulov – «Səs» qəzeti

– See more at: http://salamnews.org/az/news/read/124642#sthash.9xfuRsv1.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO