SalamNews İA Ukrayna ilə bağlı interaktiv sorğusunu yekunlaşdırıb

SalamNews İnformasiya Agentliyi “Sizin fikrinizcə, Ukraynada vəziyyət necə inkişaf edəcək” interaktiv sorğusunu yekunlaşdırıb.

Sorğuda ümumilikdə 1577 nəfər iştirak edib. Onlardan 790-ı rus, 509-u Azərbaycan, 278-i saytın türk variantında fikir bildirib. Belə ki, rəyi soruşulanların 25,9%-i Qərblə Şərq arasındakı ziddiyyətin Ukraynanın parçalanmasına səbəb olacağını, 24,9%-i orada nə baş verəcəyi barədə ümumiyyətlə, təsəvvürə malik olmadığını söyləyib. Respondentlərin 24,6%-i ölkədə siyasi və iqtisadi böhranın hələ bir neçə il davam edəcəyini bildirib.

Bu gündən etibarən SalamNews İnformasiya Agentliyi “Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünün ölkə üçün faydası nə ola bilər?” mövzusunda növbəti interaktiv sorğuya başlayır.

1. İqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək

2. Dağlıq Qarabağ münaqişəsinin həllində yardımçı olacaq

3. İşğal edilmiş torpaqların geri qaytarılmasına dair imkanlar itəcək

4. Ölkə qismən dövlət müstəqilliyini əldən verəcək.

– See more at: http://salamnews.org/az/news/read/128493#sthash.iY1XHaCS.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO