Sabah Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi açılacaq. Həmçinin “Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” – “Baku” təcrübəsi” mövzusunda elmi konfrans keçiriləcək.
SalamNews xəbər verir ki, ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirdə tanınmış elm və ədəbiyyat adamları, jurnalistlər, Nəsir müəllimin tələbələri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Tədbirdən əvvəl N.İmanquliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq.