Radikalizmlə ən təsirli mübarizə üsulu “Qurani-Kərim “dədir – ictimai birlik –

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi (GMİ İB) son zamanlar ölkədə din adı altındafəallaşmaq istəyən radikal cərəyanların fəaliyyətini pisləyən bəyanat yayıb.

SalamNews-un məlumatına görə, bəyanatda bildirilir ki, radikal cərəyanların atmaq istədiyi addımlar İctimai Birliyi də etinasız qoymur. Xüsusilə də gənclərn “cihad” adı altında digər ölkələrə döyüşməyə göndərilməsi və çoxsaylı ölüm xəbərləri həqiqi İslam anlayışının təbliğinə, bu istiqamətdə maarifləndirmə işinə diqqətin artırılmasının zəruri edir.

Azərbaycan digər uğurları ilə yanaşı, tolerantlığa görə də seçilən dövlətlərdəndir. Amma ölkənin uğurlarına görə rahatsız qüvvələr son zamanlar məhz xarici ölkə problemləri üzərində oyunları Azərbaycana yönəltməyə cəhd edirlər.

Hər hansı bir problemin həlli ilk növbədə onu doğuran səbəbləri müəyyən etməklə mümkündür. Fakt odur ki, Sovet quruluşunun dinsizlik sistemi öz sözünü deyib, amma bu dövr sona çatdıqdan sonra mənəvi boşluqdan ölkədə kök salmış radikal qüvvələr bəhrələnməyə çalışıblar. Nəticədə gənclər din haqqında öyrəndikləri yanlış məlumatlara görə İslamın şiddətə, terrora, zorakılığa izn verdiyi qənaətinə gəliblər.

Bəyanatda vurğulanır ki, əgər İslam xurafat və radikal yönümdə deyil, əsas mənbədən – Qurani-kərimdən anlaşılan dildə, düzgün izah edilərsə, radikal cərəyanlar Azərbaycanda özlərinə tərəfdar tapa bilməzlər. Radikalizmə qarşı mübarizənin ən təsirli yolu gənclərlə İslamın xurafata, cəhalətə və radikalizmə qarşı olması mövzusunda maarifləndirmə işlərinin aparılmasıdır ki, bu işdə güclü dövlətə söykənməklə yanaşı, KİV, təhsil ocaqlarının auditoriyaları səfərbər edilməlidir.

– See more at: http://salamnews.org/az/news/read/114157#sthash.Jb8zJoX8.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO