“Qolos Karabaxa “- “Voice of Karabakh ” qəzetinin 100-cü sayı işıq üzü görüb

Bakıda “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin 100-cü sayının işıq üzü görməsi münasibətilə “dəyirmi masa” keçirilib.

SalamNews xəbər verir ki, “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən keçirilən tədbirdə elm adamları, ictimai xadimlər və qeyri-hökumət təşkiatlarının nümayəndələri iştirak ediblər.

Təşkilatın sədri Nadir Abdullayev bildirib ki, qəzet Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Qzetdə ermənilərin Azərbaycan ərazisində məskunlaşması, məskunlaşdığı dövrdən bəri azərbacanlılara qarşı soyqırım, işğalçılıq siyasəti, yüz münlərlə insanın doğma yurdundan didərgin düşməsi, milli maddi-mədəniyyət abidələrinin dağıdılmsı və erməniləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə, BMt təşhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər, ATƏT-in Minsk qrupunun uzunmüddətli və səmərəsiz fəaliyəti və s. sahələrlə bağlı məsələlər yer alıb. Qəzet ingilis və rus dilində Azərbaycandan kənarda daha çox yayılır və dünyanın 64 ölkədə Azərbaycan diaspor təşkilatları tərəfindən yayılır. Bu baxımdan qəzetin çox böyük oxucu kütləsi var.

Qəzetin redaktoru Qədir Nəsirov deyib ki, qəzetin ilk sayından biz qarşımıza qoyulan məqsəd və vəzifə çərçivəsində işləməyə səy göstərilib: “Təssüf ki, əlverişli təbliğat vasitəsi olan “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetindən lazımınca yararlanmırıq. Məsələ burasındadır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, diaspor təşkilatlarımızın əksər çoxluğu bu qəzeti alıb yaşadıqları ölkədə yaymaq məsələsinə inanılmaz laqeydlik nümayiş etdirirlər. Halbuki, bu, cüzi poçt xərcinə başa gələn işdir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədə köməyinə ciddi ehtiyac var.”

Ümumiyyətlə, “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzeti 2004-cü ildə təsis edilib. Qəzetin təsisçisi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, deputat Elxan Süleymanovdur.

Qəzetdə “Azərbaycan”, “Qarabağ”, “Siyasət və cəmiyyət”, “Qarabağ müharibəsi”, “Qarabağ müharibəsi”, “Azərbaycanın işğal olunmuş əraziləri”, “Tarix və ermənilik”, “Erməniliyin fəsadları”, “Dünya və ermənilik”, “Azərbaycanlıların soyqırımı”, “Xocalı”, “Azərbaycanın Milli Qəhrəmanları”, “Azərbaycan tarixinin şanlı səhifələri”, “Tarixin qara səhifələri”, “Qanlı yaddaş”, “Erməni terroru” və s. rubrikalar yer alır. İndiyədək çap edilən 100 sayından 1700-dən çox yazı dərc olunub. Bunlardan 1400-ə yaxını bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi, 820-dən çoxu analitik, 670-i tarixi faktlar və materiallardır. Dərc olunmuş məqalələrin 320-si qeyri-azərbaycanlı müəlliflərin, 110-u isə elm adamlarınındır.

– See more at: http://az.salamnews.org/az/news/read/74835/qolos-karabaxa-voice-of-karabah-qezetinin-100-cuuml-sayi-ishiq-uumlzuuml-goumlruumlb/#sthash.SugtelIX.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO