Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələri və uşaqları ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirilib

Mayın 31-də “İnsan Hüquqları XXI Əsr – Azərbaycan”
Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi
Şurasının (Şura) maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibədə itkin
düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri
üçün psixoloji “Xidmət Mərkəzi”inin fəaliyyətinin davamlılığının təmin olunması” layihəsi çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası və Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının dəstəyi ilə Qarabağ müharibəsində
itkin düşmüş şəxslərin ailələri və uşaqları ilə
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirib.
Görüşdən sonra uşaqlar və ailələri Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında uşaqlar üçün nəzərdə tutulan “Danışan gəlincik” tamaşasını pulsuz izləyiblər.

1 iyun –
Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən görüşdə layihə rəhbəri Aytəkin Nuriyeva, layihənin hüquqşünası
Ülviyyə Rəhimova və sosial işçi Nisə Rəhimova iştirak ediblər.

Onu da qeyd edək ki, 2012-ci ildə Fondun nəzdində Beynəlxalq
Qızıl Xaç Komitəsi və Şura ilə birgə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslərin
Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılıb.

Mərkəzin 3
illik fəaliyyəti dövründə Bakının Nərimanov,
Səbail, Xətai və Sabunçu, Suraxanı, Nəsimi rayonlarında yaşayan itkin düşmüş şəxslərin
ailələri üçün 300-ə yaxın qrup görüşü keçirib, 500 – ə yaxın itkin düşmüş şəxsin
ailə üzvünə psixo-sosial yardım göstərib, 200 – ə yaxın xəstə və görüşlərə gələ
bilməyən ailə üzvləri birbaşa psixoloq və hüquqşünas, habelə, sirdaşlar (İtkin
düşmüş şəxslərin ailələrindən seçilmiş xüsusi sosial işçilər) tərəfindən evlərində
ziyarət ediliblər.

Artıq 3 ildir ki, fəaliyyət göstərən “İtkin Düşmüş Şəxslərin
Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” 2014-cü ildə Şuranın dəstəyi
ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji
yardıma ehtiyacı olan ailələri üçün psixoloji “xidmət mərkəzi”nə çevirilib.

Şuranın dəstəyi və daxili imkanlar hesabına bu günə
qədər Bakı şəhərində yaşayan itkin düşmüş şəxslərin ailələrinə mütəmadi psixoloji
(ehtiyac olduqda həm də hüquqi) xidmətlər
göstərilib.

 

Mətbuat xidməti

01.06.2015

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO