Polşa Bakıda binada baş verən yanğın zamanı xəsarət alanlara humanitar yardım göndərib

Polşa Bakının Binəqədi rayonundakı binada baş verən yanğın zamanı xəsarət alanlara humanitar yardım göndərib.
Humanitar yardımı Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Polşa hökumətinin Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinskinin xanımı Halina Pexoçinski təqdim edib. Bu barədə Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Humanitar yardım müxtəlif dərman preparatları, məişət əşyaları və uşaq oyuncaqlarından ibarətdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO