Peşəkar jurnalist Araz Rüstəmov 63 yaşında dünyasını dəyişib

AzərTAc-ın şöbə müdiri, peşəkar jurnalist Araz Rüstəmov 63 yaşında dünyasını dəyişib.
SalamNews-un məlumatına görə, Araz Rüstəmov 1950-ci il sentyabrın 14-də Bakıda doğulub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə ADU-nu (indiki BDU) bitirib. Ordu sıralarında xidmət edib, 1975-ci ildən 1978-ci ilədək “Gənclik” nəşriyyatında çalışıb. Sonra Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə işləyib. Araz Rüstəmov 2004-cü ildən ömrünün son gününədək AzərTAc-da çalışıb və kollektivdə böyük nüfuz sahibi olub. Yazıları üslub rəvanlığı, forma mükəmməlliyi, faktların dəqiqliyi ilə seçilən A.Rüstəmov həm də səriştəli və səliqəli redaktor kimi tanınıb.
Araz Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO