Pakistanın ən nüfuzlu qəzeti Mehriban Əliyevadan yazdı

Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən olan “Daily Times”-da Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş humanitar aksiya işıqlandırılıb.

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə bildirilib ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) xeyriyyə tədbiri təşkil edilib. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edərək, Fondun, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.

Yazıda səfirin Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim etdiyi, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımının göstərildiyi vurğulanıb.

“Daily Times”-da dərc edilmiş məqalədə, həmçinin qeyd olunmuşdur ki, Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmiş, Mehriban xanımın kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu bildirmişlər. Natiqlər məktəbin fəaliyyəti, burada gedən yenidənqurma işləri haqqında da geniş məlumatlar vermişlər.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.dailytimes.com.pk/islamabad/15-Apr-2014/charity-on-behalf-of-first-lady-of-azerbaijan

 

Modern.az  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO