Nuşirəvan Məhərrəmli: “Telekanallar üçün filmlərin çəkilməsi mexanizmi təkmilləşdiriləcək “

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bir qrup televiziya mütəxəssisi ilə görüşüb.

SalamNews xəbər verir ki, əməkdaşımızın da iştirak etdiyi görüşdə “Respublika teleməkanında serialların rolu və perspektivlər” mövzusu ətrafında geniş söhbət aparılıb. Ssenarist, bəstəkar, prodüsser, inzibatçı və prodakşn rəhbəri qismində iştirak edən mütəxəssislər teleserialların keyfiyyət tərəfini, milli-mənəvi dəyərlərlə uzlaşma dərəcəsini, maliyyə məsələlərini çözüblər.

N.Məhərrəmli bildirib ki, telekanallarda nümayiş olunan seriallarla bağlı qarşıda iki məsələ – yaxın müddətdə yerli istehsal hesabına xarici serialların nümayışını tam məhdudlaşdırmaq və sonra serial və ya çoxseriyalı bədii filmlər çəkilişinin yeni “keyfiyyət mərhələsinə” keçmək – durur. Bu tədbirlər gələcəkdə mövcud prodakşnlara yol açmaq üçün bir vasitə olacaq. Beləliklə, serialların çəkilişlərilə telekanallar özləri yox, dünya praktikasına uyğun olaraq, prodakşnlar məşğul olacaqlar. Hazırda dövlətin yerüstü telekanallara ayırdığı maliyyə vəsaiti sonra prodakşnlara “keyfiyyət mərhələsində veriləcək”. Dövlətin bu qayğısı, hər şeydən əvvəl, kino mütəxəssislərinin işlə təmin olunması deməkdir. Telekanallar üçün filmlərin çəkilməsi mexanizminin təkmilləşdirilməsi üzərində iş isə davam edir.

Paylaş

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO