Bu tədbirlə MTV təkcə Obamanın inaqurasiyasını deyil, həm də gənclərin ötən prezident seçkilərində fəal iştirakını qeyd edəcək. Telekanal xatırladır ki, 2008-ci il seçkilərində 18-29 yaş arasında 24 milyon gənc iştirak edib ki, bu da ümumi seçici sayının 18%-i deməkdir. AP agentliyi bildirir ki, MTV-dən başqa digər təşkilatlar da prezidentin inaqurasiya mərasiminin şərəfinə Vaşinqtonda bayram şənlikləri təşkil etmək niyyətindədir. İlkin hesablamalara görə, Vaşinqtona milyona yaxın insan toplaşacaq.
Mənbə: lenta.ru