MTRŞ sədri:” Telekanallarda bədii şuralar yalnız formal xarakter daşıyır”

“Çox təəssüf ki, bir sıra kanallarda bədii şuralar yalnız formal xarakter daşıyır. Bu hal bizi narahat edir “. Modern.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın dil qaydalarının efirdə əməl edilməsi çox vacib bir məsələdir: ” Hazırda bazar iqtisadiyyatı olduğu üçün biz özəl televiziyaların işinə qarışa bilmərik. Amma çox arzulayardıq ki, özəl televiziyalarda da bədii şuralar yaransın. Əgər yaranarsa biz onlara dəstək göstərə bilərik. Azərbaycanın bütün telekanalları birmənalı şəkildə Azərbaycanın əbədi dilini qorumalıdır “.

Azərbaycanda şou proqramların azaldığını deyən Nuşirəvan Məhərrəmli bildirib ki, şura televiziyalarda intellektual verilişlərin daha çox yer almasının tərəfdarıdır. MTRŞ sədri həmçinin deyib ki, hazırda Azərbaycanda yeni telekanalın açılmasına ehtiyac yoxdur: “Telekanalların sayı Azərbaycanın əhalisi və say tərkibinə görə kifayətdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO