MTRŞ sədri: “Uşaq televiziyasının yaradılmasına hələ hazır deyilik”

Modern.az saytının əldə etdiyi məlumata görə, Azərbaycanda növbəti ixtisaslaşmış telekanalın –uşaq televiziyasının yaradılması nəzərdə tutulur. İdman və Mədəniyyət kanalları kimi uşaq televiziyası da AzTV-nin tərkibində yaradılacağı barədə xəbərlər var.

Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bu haqda heç bir məlumata malik olmadığını bildirib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli isə uşaq televiziyasının yaradılmasına hələ hazır olmadığımızı qeyd edib: “Bununla bağlı dövlət vəsait ayırmalı, hazırlıq işləri aparılmalı, uşaq filmləri və verilişləri çəkilməlidir ki, uşaq televiziyası da yaradılanda orada verməyə nəsə olsun”.

MTRŞ sədri qeyd edib ki, əgər dövlət vəsaiti ayrılarsa, bu işdə müsbət irəliləyiş ola bilər: “Ancaq bununla bağlı ortada real bir iş yoxdur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO