Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı insident qeydə almayıb

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının dünən keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb.

MŞ-dən SalamNews-a verilən məlumata görə, mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb. Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri olub. Komissiya üzvləri həm də müəyyənləşdiriblər ki, aksiyanı işıqlandıran jurnalistlər əvvəlki aksiyalarla müqayisədə üzərində PRESS yazılmış xüsusi gödəkçələr geyinməyə üstünlük veriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO