Modern.az-ın əməkdaşı Yazıçılar Birliyində komissiya katibi oldu

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayından sonra birlikdə bir sıra təyinatlar və kadr dəyişikliyi baş tutub. Keçirilən iclaslarda həmçinin  birliyə daxil olan komissiyaların sədr və tərkibləri də müəyyən edilib. Modern.az-ın əməkdaşı Elmin Nuri  yeni təsdiq olunan Cənubi Azərbaycan ədəbiyyatı komissiyasının katibi seçilib. 20 üzvü olan komissiyanın sədri Sayman Aruz, digər katibləri isə xalq şairi Söhrab Tahir və filologiya elmlər doktoru Esmira Fuad Şükürovadır.

Qeyd edək ki, komissiyanın üzvləri arasında Fikrət Sadıq , Teymur Əhmədov, Haşım Tərlan, Kiyan Xiyav,  Məlihə Əzizpur, Hadi Qaraçay, Rəsul Yunan, Ərgin Əfşar, İsçayıl Mədədi,  Xəyal Rza və başqaları var.  

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO