Məmməd Nazimoğlu 4 il öncə getmişdi

Bu gün dəyərli jurnalist mərhum Məmməd Nazimoğlunun vəfat etdiyi günüdür.

Məmməd Nazimoğlu 1959 -cu il sentyabrın 28-də Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarındandır. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub.
Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da vəfat edib.
Jurnalist qara ciyərində yaranmış problemdən əziyyət çəkirdi.

Doğulduğu məkanda, Ağdaş rayonunun Qobuüstü kəndində dəfn olunub.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO