“Covdarlıqda ucurumdan qoruyan” adlı dünya şöhrətli romanın müəllifi, 20-ci əsrin klassiki, Amerika yazıçısı Cerom Devid Selincer 91 yaşında vəfat edib.
“Azadlıq” radiosunun məlumatına görə, yazıçının oğlu onun Nyu-Hampşirdəki evində öldüyünü deyir.
Selincer “Çovdarlıqda uçurumdan qoruyan” əsərini 1951-ci ildə yazıb. O, 1965-ci ildən sonra çap olunmasını qadağan edib, tərki-dünya həyatı sürüb.
«Media forum»